Yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

09:21 29.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə şəhərinin Heydər Əliyev prospektində 13 ailənin yaşadığı birmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Hafta.az-ın məlumatına görə, hazırda yanğın davam edir.

Bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin beş maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün iş aparılır.